Bakıda yarım tona yaxın narkotik məhv edilib
![Bakıda yarım tona yaxın narkotik məhv edilib Bakıda yarım tona yaxın narkotik məhv edilib](https://azvision.az/photos/ytu7ujjk_1499241503.jpg)
Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Fəqan Şahverdiyev bildirib ki, 280 məhkəmə hökmü əsasında müsadirə edilən, barəsində məhvetmə qərarı çıxarılan 452 kiloqramdan çox müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr yandırılaraq məhv edilib. Müsadirə olunan narkotik vasitələrin “qara bazar”da ümumi dəyəri 12 milyon manat təşkil edir.
Qeyd olunub ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrasını daim diqqət mərkəzində saxlayan Dövlət Komissiyasının işçi qrupu aidiyyəti qurumların əlaqələndirilməsini təşkil etməklə, antinarkotik təbliğata xüsusi önəm verir. Nəticədə birgə bir sıra qabaqlayıcı profilaktik tədbirlər həyata keçirilib, narkotiklərlə mübarizə sahəsində müsbət nəticələr əldə olunub.
AzVision.az