Rayonlarda leysan olacaq
![Rayonlarda leysan olacaq Rayonlarda leysan olacaq](https://azvision.az/photos/02yagis-2_1499244837.jpg)
Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət 55-65 % təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24°,
Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı, axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 22-27° isti, gündüz 33-37°, dağlarda gecə 17-22° isti, gündüz 24-29° isti olacağı gözlənilir.
AzVision.az
Teqlər: Hava Yağış Şimşək Leysan