Şəkidə 4 otaqlı ev yanıb
![Şəkidə 4 otaqlı ev yanıb Şəkidə 4 otaqlı ev yanıb](https://azvision.az/photos/yangin-hadisesi_1499274574.jpg)
Hadisə yerinə FHN-nin Şəki rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin dam örtüyü bütövlüklə, yaşayış sahəsinin 88 kv/m-lik hissəsi ev əşyaları ilə birlikdə yanıb. Yanğının genişlənərək yaxınlıqdakı digər tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
AzVision.az