Ermənilərin yaraladığı qadının vəziyyəti orta ağırdır
![Ermənilərin yaraladığı qadının vəziyyəti orta ağırdır Ermənilərin yaraladığı qadının vəziyyəti orta ağırdır](https://azvision.az/photos/hastane_hospital_070315_1499282919.jpg)
Onun sözlərinə görə, artıq S.Quliyeva əməliyyat olunub. Hazırda onun sağlamlığı üçün təhlükə yoxdur. S.Quliyevanın sağlamlıq vəziyyəti orta ağır qiymətləndirilir və stabildir.
N.Şükürov qeyd edib ki, vəziyyəti nəzərə alınmaqla, S.Quliyeva yaxın 2 gün ərzində yerləşdiyi hərbi hospitaldan Füzuli Rayon Mərkəzi Xəstəxanasına köçürülə bilər.
Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.
AzVision.az
Teqlər: Alxanlı Füzuli Xəstəxana Baş-həkim