Əsgərlikdən qayıdan gənc faciəvi şəkildə öldü
![Əsgərlikdən qayıdan gənc faciəvi şəkildə öldü Əsgərlikdən qayıdan gənc faciəvi şəkildə öldü](https://azvision.az/photos/qeza-yolpolisi-1_1499314020.jpg)
“Daewoo”da ümumilikdə 4 nəfər olub. Sürücü, 1991-ci il təvəllüdlü Hacızadə Rövşən Behbud oğlu və 1993-cü il təvəllüdlü qardaşı Hacızadə Üzeyir Beyləqanda hərbi xidməti başa vuran xalası oğlanları Həsənov Həsən Bayram oğlunu gətirərkən qəzaya düşüblər. Onların hər üçü dünyalarını dəyişiblər. Xəstəxanaya yerləşdirilən Nicat adlı digər bir şəxsin vəziyyəti ağırdır. Həmin şəxs də hərbi xidmətini başa vuraraq evə qayıdırmış.
Ölən qardaşlardan biri ailəli olub və bir övladı var.(Report)
AzVision.az