![](https://azvision.az/photos/photo_20170706103702_1499324021.jpg)
Belə ki, 04.07.2017-ci il tarixdə saat 01:00 radələrində Yardımlı rayonunun Abbaslı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən dövlət sərhədi istiqamətində hərəkət edən 3 nəfər aşkar edilib: “Sərhəd naryadının təlimata uyğun və çevik hərəkətləri nəticəsində “dayan” çağırışına və xəbərdarlıq atəşinə məhəl qoymayaraq hadisə yerində qaçmağa cəhd göstərən Yardımlı rayon sakinləri 1994-cü il təvəllüdlü İmanov Elnur Rəhman oğlu və 1995-ci il təvəllüdlü Əsmənov Sarvan Arif oğlu saxlanılıb. Sərhəd pozucularından bir nəfəri havanın qaranlıq olmasından və ərazinin mürəkkəb relyef xüsusiyyətlərindən istifadə edərək geriyə qaçmağa müəffəq olub”.
![](https://azvision.az/photos/photo_20170706103926_1499324032.jpg)
Bildirilib ki, əraziyə baxış keçirilərkən Azərbaycan Respublikasına gətirilməsi üçün İran İslam Respublikası ilə dövlət sərhədində gizlədilmiş 5550 qutu müxtəlif markalı siqaretlər aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
AzVision.az