Putin 8 generalı işdən çıxarıb

Putin 8 generalı işdən çıxarıb
  06 İyul 2017    Oxunub:1869
Rusiya Prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Federal Penitensiar Xidmətin strukturlarından 8 generalı işdən azad edib.
AzVision.az “Ria-Novosti” yə istinadən xəbər verir ki, müvafiq fərman hüquqi informasiyanın rəsmi internet portalında dərc edilib.

Prezident, həmçinin Məhkəmə İcraçıları Federal xidmətinin birinci müavini Sergey Sazanov və Buryatiya Respublikasının prokuroru Valeri Petrov da istefaya göndərib.

Kadr dəyişikliyinin səbəbləri açıqlanmır.

AzVision.az



Teqlər: Rusiya   Putin  





Xəbər lenti