Tərtərdə şəhid ailəsinin evi yanıb

Tərtərdə şəhid ailəsinin evi yanıb
  07 İyul 2017    Oxunub:2416
Tərtərdə şəhid ailəsinin evi yanaraq kül olub.
AzVision.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Seydimli kəndində baş verib. 33 yaşlı Məmmədov Elmin Asif oğluna məxsus ev elektrik naqilindəki qısaqapanma nəticəsində yanaraq külə dönüb. Alov o qədər güclü olub ki, evdən heç bir əşya çıxarmaq mümkün olmayıb.

Hadisə yerinə dərhal FHN-in Yanğından Mühafizə Qrupunun canlı qüvvəsi və 4 yanğınsöndürən maşını cəlb olunub. Alovun digər tikililərə keçməsinin qarşısı alınıb.

Qeyd edək ki, ümumilikdə ev sahibinə 30 min manat ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Tərtər   Yanğın   Şəhid  





Xəbər lenti