Bu günə gözlənilən hava şəraiti
![Bu günə gözlənilən hava şəraiti Bu günə gözlənilən hava şəraiti](https://azvision.az/photos/15086311_770149266458713_1916885946_n_1499330269_1499404209.jpg)
Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 28-33 dərəcə isti, Bakıda gecə 22-24, gündüz 30-32 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 % , gündüz 55-65% təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22 dərəcə, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25 dərəcə, gündüz 31-36 dərəcə isti, dağlarda gecə 13-18 dərəcəi, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.
AzVision.az
Teqlər: Hava Yağış Şimşək Dolu