Ötən il Azərbaycanda 13 mindən çox ailə boşanıb

Ötən il Azərbaycanda 13 mindən çox ailə boşanıb
  07 İyul 2017    Oxunub:2166
2016-ci ildə rəsmi orqanlar tərəfindən 13114 boşanma qeydə alınıb. Bunların 6146-ü uşağı olmayan ailələrdir.

AzVision.az xəbər verir ki, boşanma nəticəsində valideynlərin biri ilə qalmış uşaqların sayı 11 295 nəfər olub.
2016-cı ildə nikahları rəsmi qeydə alınmış 18 yaşadək gəlinlərin sayı 312, bəylərin sayı isə 3 nəfər olub.

2015-ci ildə belə gəlinlərin sayı 388, bəylərin sayı isə 3 olub.

Statistik məlumatlarda qeyd edilib ki, 18 yaşadək nikaha daxil olanların sayında nəzərə çarpacaq dərəcədə azalmanın müşahidə olunmasının əsas səbəbi Azərbaycanda ailə qurmaq üçün minimum yaş həddinin kişilərdə və qadınlarda 18 yaşın müəyyən olunmasıdır.

Aytən Zəhra
AzVision.az


Teqlər: Boşanma   Ailə   Statistika  





Xəbər lenti