773 azərbaycanlı uşaq övladlığa verilib
Ötən il 1-5 yaş arası 344 nəfər (onlardan 161-i qız), 6-10 yaş arası 152 nəfər (onlardan 70-i qız), 11-17 yaş arası 110 nəfər (onlardan 50-i qız) övladlığa verilib.
2016-c ildə 63 uşağın övladlığa götürülməsi barədə qərar ləğv edilib. Bunlardan 2 nəfəri 1 yaşına qədər (qız uşaqları), 8 nəfəri 1-5 yaşına qədər (2-i qız), 11 nəfəri 6-10 yaşına qədər (5-i qız), 42 nəfəri isə 11-17 yaşına qədər ( 13-ü qız) olan uşaqlardır.
Qeyd edək ki, 2015-ci ildə 805 uşaq övladlığa götürülüb, 66 uşağın isə övladlığa verilməsi barədə qərarı ləğv edilib. 2014-cü ildə isə 918 uşaq övladlığa verilib və 69 uşağın övladlığa veruilməsi barədə qərarı ləğv edilib.
Aytən Zəhra
AzVision.az
Teqlər: Statistika Uşaq