Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub
  08 İyul 2017    Oxunub:1256
Paytaxtda mənzildə yanğın olub.
AzVision.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, Bakı şəhəri, Nəsimi rayonunda 6 mərtəbəli binanın 6-cı mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan 3 otaqlı mənzilin mətbəxində 1 ədəd qaz sobası və 3 kv.m sahədə mətbəx mebeli yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın   Bakı  





Xəbər lenti