Ağdaşda qadınlar arasında cehiz davası: 6 nəfər xəsarət alıb
Məlumata görə, məhkəmənin qərarı ilə bu günlərdə boşanan oğlan və qızın anaları arasında dava cehizlik əşyaların geri qaytarılması ilə bağlı mübahisə yaranıb. Mübahisəyə digər qadınlar da qoşulub və onlar bir-birlərinə daş, küt alət, yumruqla zərbələr endirməklə xəsarət yetirib. Onlardan 3-nün vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (APA)
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


