20 yaşlı gəncin faciəvi sonu - Yenilənib
![20 yaşlı gəncin faciəvi sonu - Yenilənib 20 yaşlı gəncin faciəvi sonu - Yenilənib](https://azvision.az/photos/tonut_200614_1499528466.jpg)
Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq 1997-ci il təvəllüdlü, Allahyarov Gülmusa Şahin oğlunun cəsədini sudan çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 18:15-də başa çatıb.
***
Araz çayında 1 nəfər batıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Araz çayının Saatlı rayonu, Nərimankənd kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və vətəndaşın axtarışına başlanılıb.
Əlavə məlumat veriləcək.
AzVision.az