Neft Daşlarında intihar - Rəis özünü öldürdü

Neft Daşlarında intihar - Rəis özünü öldürdü
  09 İyul 2017    Oxunub:11536
Neft Daşlarında intihar hadisəsi qeydə alınıb.
AzVision.az SOCAR-ın saytına istinadən xəbər verir ki, iyulun 9-da təqribən səhər saat 8.15 radələrində Neft Daşlarında Geofizika-Geologiya idarəsinin Neft Daşları mədən geofizika ekspedisiyası nəzarət-interpretasiya dəstəsinin rəisi (geoloq) 1961-ci il təvəllüdlü Vəliyev Məmməd Şəmistan oğlu naməlum səbəblərdən özünü 9 mərtəbəli yataqxananın 9-cu mərtəbəsindəki otağından atıb, nəticədə dünyasını dəyişib.

Hadisə ilə bağlı təcili olaraq müvafiq orqanlara məlumat verilib, araşdırma işləri aparılır.

AzVision.az



Teqlər: SOCAR   İntihar  





Xəbər lenti