Dənizdə batan 3 nəfər xilas edilib

Dənizdə batan 3 nəfər xilas edilib
  09 İyul 2017    Oxunub:2374
Bu gün dənizdə batmaq təhlükəsi ilə üzləşmış 3 nəfər xilas edilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 17:35-də başa çatıb.

Digər analoji hadisə akı şəhəri, Sabunçu rayonunda olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə akı şəhəri, Sabunçu rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 14:50-də başa çatıb.

AzVision.az


Teqlər: FHN   Xəzər   Dəniz  





Xəbər lenti