Həbsdəki oğluna narkotik gətirən ana saxlanılıb
![Həbsdəki oğluna narkotik gətirən ana saxlanılıb Həbsdəki oğluna narkotik gətirən ana saxlanılıb](https://azvision.az/photos/hebsxana_1499674328.jpg)
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.3-cü, 66.5-ci, 66.3-cü, 204.1-ci və 67.1-ci maddəsinə əsasən 6 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Tağıyev Elçin Nurəddin oğlu ilə uzunmüddətli görüşə gəlmiş anası Ucar şəhər sakini Tağıyeva Lalə Ata qızı tərəfindən gətirilmiş sovqata və əşyalarına baxış keçirilən zaman əl çantasının cibinin astarında xüsusi üsulla gizlədilmiş 6.144 qram marixuana və 0,218 qram heroin aşkar edilərək götürülüb.
Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi məqsədilə Qaradağ Rayon Polis İdarəsinə göndərilib.
AzVision.az
Teqlər: Həbsxana Narkotik Penitensiar-Xidmət