"Kondisioneri yandırıb, maşını tərk etməyin" - Sürücülərin diqqətinə!
!["Kondisioneri yandırıb, maşını tərk etməyin" - Sürücülərin diqqətinə! "Kondisioneri yandırıb, maşını tərk etməyin" - Sürücülərin diqqətinə!](https://azvision.az/photos/masin_1499675969.jpg)
“Çünki hər şey ola bilər. Belə vəziyyətin təhlükəliliyi isə həm ekoloji ziyanla, həm də baş verə bilən xoşagəlməz hallarla bağlıdır. Durduğu yerdə mühərriki uzun müddət işləyən avtomobil asanlıqla alışa bilər. İstehsalçı zavodların əksər avtomobillərə mühərriki işləyən zaman qapılarını bayırdan kilidləmək funksiyasını qoymaması bundan irəli gəlir. Kimin avtomobilində belə funksiya varsa, deməli elektrik sisteminə müdaxil edilib. Elektrik sisteminə müdaxilə olan avtomobil isə çox asanlıqla yanmağa məhkumdur. Ekoloji ziyan da göz qabağındadır. Dayanan avtomobilin mühərrikində normal yanma getmir, dəm qazı və digər zərərli maddələr artır. Nəticədə ətrafdakılar tədricən zəhərlənir, avtomobilin özündə olan adam isə çox asanlıqla dəm qazından ölə bilər. Ölkəmizdə tez-tez belə hallar baş verir”.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Ərşad-Hüseynov Maşın Kondisioner