Evində narkotik yetişdirən keçmiş məhkum tutulub
![Evində narkotik yetişdirən keçmiş məhkum tutulub Evində narkotik yetişdirən keçmiş məhkum tutulub](https://azvision.az/photos/23c51b40-1286-466c-a57e-178bf8a11cbf_1499691826.jpg)
Bölmə əməkdaşları tərəfindən qeyd edilən mənzilə baxış keçirilən zaman evin həyətindən və otaqların birində xüsusi üsulla qulluq edilərək yetişdirilən 623 ədəd çətənə kolu və toxumları aşkar edilərək götürülüb.
Narkotik tərkibli bitkilərin kultivasiyasına qarşı mübarizə tədbirləri çərçivəsində daha bir uğurlu əməliyyat-axtarış tədbiri isə Sabunçu RPİ 12-ci PB əməkdaşları tərəfindən həyata keçirilib.
Belə ki, bölməyə əvvəllər məhkum olunmuş Sabunçu qəsəbə sakini Gündüz Səfərovun yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olub.
Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən şəxsin yaşadığı evə və həyətinə baxış keçirilən zaman oradan ümumi çəkisi 19 kiloqram 960 qram olan 18 ədəd çətənə kolu və çəkisi 6 kiloqram 960 qram çətənə toxumu aşkar olunaraq götürülüb.
G.Səfərov ifadəsi zamanı çətənə toxumlarını bir neçə ay bundan əvvəl evinin həyətində əkdiyini və onlara xüsusi üsulla qulluq edərək yetişdirdiyini bildirib.
Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar və zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.
AzVision.az