Bir ailənin faciəsi: Ata öldü, oğlu və nəvəsi yaralandı
![Bir ailənin faciəsi: Ata öldü, oğlu və nəvəsi yaralandı Bir ailənin faciəsi: Ata öldü, oğlu və nəvəsi yaralandı](https://azvision.az/photos/6d5be22402056bac960911219b7f4f5a_1499714128.jpg)
Nəticədə "VAZ-2106"da olan sərnişin, Cəbrayıl rayon sakini, 1958-ci il təvəllüdlü Məhəmməd Nəbi oğlu Əliyev ölüb. Onun nəvəsi, 2014-cü il təvəllüdlü Əliyev Süleyman Vüsal oğlu Saatlı rayon xəstəxanasına və oğlu, 1984-cü il təvəllüdlü Əliyev Vüsal Məhəmməd oğlu isə açıq kəllə-beyin travması, komatoz vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər Vüsal Əliyevin vəziyyətini çox ağır kimi qiymətləndirir.
Qeyd edək ki, “Niva” markalı avtomobilin sürücüsü tanınmış müğənni Manaf Ağayevin yaxın qohumu olduğu bildirilir.
Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır.(APA)
AzVision.az