Ombudsman ermənilərin yaraladığı qadına baş çəkib
![Ombudsman ermənilərin yaraladığı qadına baş çəkib Ombudsman ermənilərin yaraladığı qadına baş çəkib](https://azvision.az/photos/yaraliselminaz_1499328028_1499432328_1499752475.jpg)
Onun sözlərinə görə, bu gün səhər saatlarında ombudsman Elmira Süleymanova xəstəyə baş çəkib.
“Elmira Süleymanova Səlminaz xanımla görüşdü, vəziyyəti ilə tanış oldu. Xəstənin vəziyyəti stabildir və nəzarətdə saxlanılır. Yaraları artıq sağalmaq üzrədir”.
Qeyd edək ki, Ermənistan ordusu iyulun 4-də Azərbaycana qarşı növbəti qanlı cinayətini həyata keçirib. Füzulinin Alxanlı kəndinin düşmən tərəfindən ağır artilleriyadan atəşə tutulması nəticəsində 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.
Aytən Zəhra
AzVision.az
Teqlər: Alxanlı Təxribat Xəstəxana