"Ərik bağı"nda borc üstündə qətl

"Ərik bağı"nda borc üstündə qətl
  11 İyul 2017    Oxunub:2105
Yevlaxda qətl hadisəsi törədilib.
Yevlax rayon Prokurorluğundan AzVision.az-a verilən məlumata görə, hadisə rayonun Xaldan qəsəbəsində yerləşən "Ərik bağı" kafesində baş verib.

1949-cu il təvəllüdlü Həmidov Azər Knyaz oğlu 1973-cü il təvəllüdlü Bəşirov Qorxmaz Sirac oğlunu bıçaqla qətlə yetirib.

Qətl hadisəsinin borc pul üstə baş verdiyi bildirilir. Hadisəni törədən A.Həmidov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Yevlax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

AzVision.az


Teqlər: Yevlax   Qətl  





Xəbər lenti