Həsən Həsənovun ölümündən 3 il keçir

Həsən Həsənovun ölümündən 3 il keçir
  11 İyul 2017    Oxunub:2500
Bu gün Həsən Həsənovun ermənilər tərəfindən Kəlbəcərdə qətlə yetirilməsindən 3 il ötür.
AzVision.az-ın məlumatına görə, H.Həsənovun ailə üzvləri, doğmaları onun məzarını ziyarət edərək, xatirəsini yad ediblər.

Qeyd edək ki, Həsən Həsənov 1978-ci ilin aprel ayının 12-də Cəbrayıl rayonunun Mehdili kəndində anadan olub. 2014-cü il iyulun 11-də Kəlbəcərdə Dilqəm Əsgərov və Şahbaz Quliyevlə birlikdə doğmalarının qəbrini ziyarət edərkən girov düşüb və ermənilər tərəfindən güllələnərək öldürülüb. Mərhumun meyiti Azərbaycana gətirilərək Xırdalanda dəfn olunub.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurublar. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.



AzVision.az


Teqlər: Həsən-Həsənov   Kəlbəcər  





Xəbər lenti