Axtarışda olan 398 nəfər sərhəddə tutulub
![Axtarışda olan 398 nəfər sərhəddə tutulub Axtarışda olan 398 nəfər sərhəddə tutulub](https://azvision.az/photos/photo_20120421174149_1499770746.jpg)
Sərhəd rejim qaydalarını pozarkən 1151 halda 1522 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 398 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 95 kq 740,8 qram narkotik vasitə aşkarlanıb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təqribən 4 milyon 579 min 256 manat olan qaçaqmal, o cümlədən 1 ədəd pnevmatik tapança, 1 ədəd qaz tapançası, 2 ədəd ov tüfəngi, 174 000 ABŞ dolları, 7 kq əridilmiş qızıl külçə, 4870 qram gümüş, 148 045 ədəd zəli, 5 ədəd qayıq, 5293 qutu pirotexniki vasitə, 13720 qutu siqaret, 268 ədəd mobil telefon, 1012 ədəd müxtəlif növ dərman preparatları, spirtli içkilər, sənaye və kənd təsərrüfatı malları saxlanıb.
AzVision.az
Teqlər: DSX