Masallıda evə basqın edilib - Video
![Masallıda evə basqın edilib - Video Masallıda evə basqın edilib - Video](https://azvision.az/photos/erkivanevebasqin_1499793746.jpg)
Ailə həmin zaman toy mərasimində olub. Ailənin evdə olmadığından istifadə edən şəxslər ümumi dəyəri 6000 manatdan çox olan qızıl-zinət əşyaları və 850 manat dəyərində nağd pul oğurlanıb.
Hələlik hadisəni törədən şəxs və ya şəxslərin kimliyi məlum deyil. Ev sahibləri toy mərasimindən qayıtdıqdan sonra hadisədən xəbərdar olublar.
Əliəşrəf Səfərov (zərərçəkən): "Yuxarı çıxanda gördük ki, ev dağınıq vəziyyətdədir. "Atvyorka"yla plastik pəncərəni açaraq içəri daxil olublar. Pul və qızıllarımızı götürüb gediblər. Dəyəri hamısı birlikdə 7500 manatdan artıqdır".
Faktla bağlı araşdırma aparılır. (ARB TV)
AzVision.az
Teqlər: Masallı Ərkivan Oğurluq