Paytaxtda market yanıb

Paytaxtda market yanıb
  12 İyul 2017    Oxunub:1467
Bakı şəhəri, Nəsimi rayonunda yanğın qeydə alınıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, İBakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 600 m2 olan marketin oyuncaqlar şöbəsi 25 m2 sahədə yanıb. Yüksək temperaturdan tavan 10 m2 sahədə qarsalanıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 03:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Nəsimi   Yanğın   Market  



Xəbər lenti