Məşhur meyxanaçı özünə qəbir qazdırıb - VİDEO

Məşhur meyxanaçı özünə qəbir qazdırıb - VİDEO
  13 İyul 2017    Oxunub:5871
Məşhur meyxanaçı Ağamirzə Məmmədov özü üçün qəbir yeri götürüb. Meyxanaçı, hətta həmin yeri qazdırıb, içini lazımi qaydada hördürüb, üstünə isə torpaq tökdürüb. Qəbir demək olar ki, tam hazır vəziyyətə gətirilib.
Onun sifarişini qəbul edən qəbirqazan əvvəlcə təəccüblənsə də, öz işini 2 günə təhvil verib.

Ailəsi, qohumları, tanıyan-bilən hər kəs şairi bu əməlinə görə qınasa da, sonradan ona haqq qazandırıb, hətta onun hazır qəbrinə şərik çıxmaq istəyənlər də olub.

Ümumiyyətlə, İslama görə hər bir müsəlman öz axirətini sağlığında düşünməlidir. Ustad sənətkara isə Allahdan uzun ömür diləyirik. (Xəzər TV)



AzVision.az


Teqlər: Meyxana   Ağasəlim   Məzar  





Xəbər lenti