Dəhşətli qəzada ölənlərin sayı 4-ə çatıb - Yenilənib
![Dəhşətli qəzada ölənlərin sayı 4-ə çatıb - Yenilənib Dəhşətli qəzada ölənlərin sayı 4-ə çatıb - Yenilənib](https://azvision.az/photos/1-1_1499928744.jpg)
***
Ələt-Astara yolunda ağır yol qəzası baş verib. AzVision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Salyan rayonu, Ələt-Astara avtomobil yolunun 10-cu kilometrliyində “Mercedes” markalı mikroavtobusun “KAMAZ” markalı yük avtomobili ilə toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Muğan Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq, deformasiyaya uğramış mikroavtobusda sıxılmış vəziyyətdə qalmış 3 nəfərin cəsədini və xəsarət almış digər 3 nəfəri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 06:00-da başa çatıb.
AzVision.az