Bu gün 37 dərəcə isti olacaq
![Bu gün 37 dərəcə isti olacaq Bu gün 37 dərəcə isti olacaq](https://azvision.az/photos/1510233rro_1499847192_1499922483.jpg)
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75%, gündüz 45-55 % təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22 dərəcə, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 32-37 dərəcə isti, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.
AzVision.az