DİN-dən "Qarabağ"ın azarkeşləri ilə bağlı açıqlama
![DİN-dən "Qarabağ"ın azarkeşləri ilə bağlı açıqlama DİN-dən "Qarabağ"ın azarkeşləri ilə bağlı açıqlama](https://azvision.az/photos/4403e90da28_1499926969.jpg)
İ.Babayevin sözlərinə görə, bundan əlavə, ölkəmizin də üzv olduğu Avropa Konvensiyası, eləcə də Bədən tərbiyəsi və idman haqqında qanun kütləvi oyunlar, futbol matçları zamanı idmana aid olmayan pankartların, şüarların stadiona keçirilməsini qadağan edir: "Belə hal qeydə alınarsa, ev sahibi olan kluba, idman təşkilatına beynəlxalq sanksiyalar tətbiq olunur və yarışlardan kənarlaşdırılmaya qədər cəzalandırıla bilər".
Mətbuat xidmətinin şöbə rəisi deyib: "Ona görə də bir qrup dırnaqarası azarkeşin polis əməkdaşlarının bu hərəkətini qınaması ədalətsizlikdir. Əksinə, asayiş keşikçilərimiz düşmən tərəfindən qətlə yetirilən məsum körpənin faciəsindən yararlanaraq idmanla heç bir əlaqəsi olmayan öz siyasi məqsədlərinə çatmaq istəyənlərin və bununla da dövlətimiz, idmanımız haqqında beynəlxalq arenada mənfi fikir formalaşdırmağa uğursuz cəhd edənlərin qarşısını alıblar. Azarkeş, "fan-klub" adından sui-istifadə edən belələri birdəfəlik bilməlidirlər ki, bundan sonra da siyasi məqsədlər üçün heç kimə bu cür hərəkətləri təkrarlamağa imkan verilməyəcək".
Qeyd edək ki, dünən "Qarabağ" futbol komandasının 5:0 hesabı ilə qələbə qazandığı matçda bir qrup azarkeş stadionu tərk edib və bunu qaldırmaq istədikləri şüar və transparantlara icazə verilməməsi ilə əlaqələndiriblər.(Musavat.com)
AzVision.az
Teqlər: DİN