Qətlə yetirilən şəxs “Şöhrət” ordenli neftçi imiş - VİDEO
![Qətlə yetirilən şəxs “Şöhrət” ordenli neftçi imiş - VİDEO Qətlə yetirilən şəxs “Şöhrət” ordenli neftçi imiş - VİDEO](https://azvision.az/photos/1a97da6fab8eb293c88d3ffe7faf38cf_1499932202.jpg)
AzVision.az ARB-yə istinadən xəbər verir ki, həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənin kimliyi bəlli olub. Əvvəllər quldurluq cinayətinə görə məhkum olunmuş Hüseyn Akayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Mərhumun qonşularından əldə olunan məlumata görə, Yuriy Barışov neft sahəsində çalışıb və onun indiyədək heç kəslə ədavəti olmayıb. Qonşu Məmməd Nuriyev bildirib ki, qətlə yetirilən şəxs tək yaşayırdı: "Sakit adam idi. Heç kimlə işi yox idi. Çox gümrah idi, balıq tutmağa gedirdi. Neft sahəsində çalışırdı, “Şöhrət” ordeni də olub".
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Zəruri istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri davam etdirilir.
AzVision.az