Bu gün Bakının Yasamal rayonunun bir küçəsində suyun verilişində məhdudiyyətlər olacaq.
"Azərsu" ASC-dən AzVision.az-a verilən məlumata görə, Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində yağış sularının kənarlaşdırılması üçün kollektorun tikintisi ilə əlaqədar ərazidən keçən magistral su kəmərinin yerinin dəyişdirilməsi ilə əlaqədar 14 iyul 2017-ci il tarixində gün ərazində Yasamal rayonunun Dadaş Bünyadzadə küçəsinə suyun verilişində fasilə olacaq.