"Təzə Pir"də əməliyyat - Əli qılınclı şəxslər tutuldu

"Təzə Pir"də əməliyyat - Əli qılınclı şəxslər tutuldu
  14 İyul 2017    Oxunub:8505
Bakıda məscidə hücum edən şəxslər saxlanılıb.
AzVision.az xəbər verir ki, Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Təzəpir məscidində bu gün günorta namazı qılınan zaman iki nəfər məscidə girib.

Onlardan birinin əlində qılınc, digərinin əlində isə dini bayraq olub. Məsciddə olan şəxslər dərhal polis əməkdaşlarına məlumat veriblər.

Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həmin şəxslər saxlanılıb.

Onların Yaşar Əliqulu oğlu Cahangirov və Əfqan Elman oğlu Aydınov olduğu müəyyən edilib. Həmin şəxslər istintaqa təhvil veriliblər.

Hazırda faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Bakı   Məscid   Polis  





Xəbər lenti