Gömrükdəki qızıl əməliyyatının görüntüsü - VİDEO
![Gömrükdəki qızıl əməliyyatının görüntüsü - VİDEO Gömrükdəki qızıl əməliyyatının görüntüsü - VİDEO](https://azvision.az/photos/qizil_140717_1500050813.jpg)
Adı çəkilən vətəndaşlar gömrük nəzarətindən keçərkən saxlanılıb və üzərlərində gömrük nəzarətinə bəyan edilməli və ya gömrük nəzarətindən gizlədilən hər hansı əşyanın olub-olmadığı soruşulub. Onlar belə bir əşyanın olmadığını bildiriblər.
Daha sonra həmin vətəndaşların üzərində şəxsi yoxlama aparılıb.
Rzayev Zakir Rauf oğlunun üzərində şəxsi yoxlama zamanı, ayaqqabısının hər bir tayının içərisində 1 ədəd olmaqla, cəmi 2 ədəd sarı rəngli metaldan hazırlanmış sikkə, şalvarının ciblərində isə cəmi 4 ədəd sarı rəngli metaldan hazırlanmış külçə aşkar edilib.
Qasımov Qasım Bala Nadir oğlunun üzərində şəxsi yoxlama zamanı, ayaqqabısının bir tayının içərisində 2 ədəd, digərində isə 3 ədəd olmaqla, cəmi 5 ədəd sarı rəngli metaldan hazırlanmış sikkə aşkar edilib.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən bütün sikkə və külçələrin metalı 999.9 əyarlı qızıl, ümumi çəkisi isə 1866,56 qramdır.
AzVision.az