Qaxda gəlin və baldız itkin düşüb - FOTO
![Qaxda gəlin və baldız itkin düşüb - FOTO Qaxda gəlin və baldız itkin düşüb - FOTO](https://azvision.az/photos/70456cb0-d94f-4975-b5be-c22a35a5418c_1500052131.jpg)
Qax rayonunun Güllük kəndində gəlin olan 33 yaşlı Yeganə Sultanova iyulun 8-də saat 19 radələrində evdə heç kimin olmadığı bir vaxtda 2 yaşlı oğlu Nahidi də götürərək naməlum istiqamətdə gedib. Həmin gün saat 17 radələrində Qax şəhərində yaşayan qohumu 32 yaşlı Aynur İsmayılova da eynilə azyaşlı qızı 6 yaşlı Sərvinaz İsmayılzadəni götürərək evdən çıxıb və bir daha geri qayıtmayıb. Gəlin və baldızın azyaşlı uşaqları ilə birlikdə getmələri ehtimal olunur.
Onları görənlərdən Qax RPŞ-i ilə əlaqə saxlamaları xahiş olunur.
Tel: (024) 255-23-52
Mob:055-755-73-71
AzVision.az
Teqlər: Qax