Bakıda 4 "reket jurnalist" saxlanıldı

Bakıda 4 "reket jurnalist" saxlanıldı
  15 İyul 2017    Oxunub:5537
Bakıda "reket jurnalist"lərə qarşı əməliyyat keçirilib.
AzVision.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı millitv.az saytının baş redaktoru Rövşən Qasımov, saytın əməkdaşları Elmira Məmmədova, Natavan Mehdiyeva və Yeganə Əhmədova Binəqədi rayonunda yerləşən "Qədim Qəbələ" restoranında Ş.Abdullayev adlı vətəndaşdan barəsində rüsvayedici məlumatlar yaymamaq üçün 3 min manat pul alan zaman saxlanılıblar.

Fakt üzrə araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər: DİN   Həbs   Jurnalist  





Xəbər lenti