Oğurluq edən 5 nəfər tutulub
![Oğurluq edən 5 nəfər tutulub Oğurluq edən 5 nəfər tutulub](https://azvision.az/photos/1872956_1500113554.jpg)
Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 13-də rayon ərazisindəki mənzillərdən birindən 70 manat pul və 3 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən İsmayıllı rayon sakini Şamil Qarayev tutulub.
Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 27-də rayon ərazisindəki apteklərdən birindən 118 manat pul oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakini Əlisahib Bədəlov tutulub.
Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Məzahir Alıyevin ətrafında Sumqayıt ŞPİ 1-ciPB əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun aprelin 27-dən iyulun 10-dək olan müddətdə şəhər ərazisindəki daha 7 evdən pul, qızıl əşyalar, mobil telefon, noutbuk, sənəd oğurlaması da müəyyən edilib.
AzVision.az