Bərdədə 6 otaqlı ev yanıb

Bərdədə 6 otaqlı ev yanıb
  15 İyul 2017    Oxunub:1203
Bərdə şəhərində vətəndaşa məxsus 6 otaqlı evdə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, şəhərdə vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan 6 otaqlı evin 3 otağının yanar konstruksiyaları 60 kv.m sahədə və ev əşyaları qismən yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Bərdə   Yanğın  





Xəbər lenti