66 yaşlı neftçini öldürən “ZEK” tutuldu - Video
![66 yaşlı neftçini öldürən “ZEK” tutuldu - Video 66 yaşlı neftçini öldürən “ZEK” tutuldu - Video](https://azvision.az/photos/zekjpg_1500123619.jpeg)
Həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənin kimliyi bəlli olub. Əvvəllər quldurluq cinayətinə görə məhkum olunmuş Hüseyn Akayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Rusiya Federasiyası vətəndaşı olan Hüseyn Akayevin mərhumla qohumluq əlaqələri də olub.
Hüseyn Akayev – Saxlanılan şəxs: “Keçmiş yoldaşımın dayısıdır. 2 ay fikirləşib qərara gəldim, getdim öldürdüm. 1-ci vurdum, sonra boğdum”.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Zəruri istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri davam etdirilir. (ARB TV)
AzVision.az