Siyəzəndə avtobus dağdan aşıb - Yaralılar var (YENİLƏNİB)
![Siyəzəndə avtobus dağdan aşıb - Yaralılar var (YENİLƏNİB) Siyəzəndə avtobus dağdan aşıb - Yaralılar var (YENİLƏNİB)](https://azvision.az/photos/siyesenqeza_1500233078.jpg)
Hadisə zamanı yaralananlar Siyəzən Regional Diaqnostika Mərkəzinə aparılıb.
"Report"un Şimal bürosu hadisə zamanı yaralanan şəxslərin bəzilərinin adlarını öyrənə bilib:
Salamov Pərviz Fəxrəddin oğlu- 1990 təvəllüdlü
Ağayev Ceyhun Qəhrəman oğlu -1988 təvəllüdlü
Balabəyov Firuz Canlar oğlu - 1981 təvəllüdlü
Cəbrayılov Cəlil Ayətşah oğlu - 1991 təvəllüdlü
Digər yaralıların da adlarını öyrənməyə çalışacağıq.
Xatırladaq ki, hadisə zamanı mikroavtobusda 15 nəfər olub.
***
(23:22)
Siyəzən rayonunda ağr yol qəzası baş verib.
Hadisə az öncə baş verib. Siyəzən-Məşrif-Qalaltı marşrutu üzrə hərəkət edən Mercedes markalı mikrotavtobus dərəyə yuvarlanıb. Hadisə zamanı mikroavotobusda 15 nəfər olub. 8 nəfər yaralı olduğu bildirilib.
Siyəzən rayonundan hadisə yerinə 3 təcili tibbi yardım briqadası gedib.
AzVision.az