İmişlidə 400-dən çox sakin pulsuz müayinə edilib
![İmişlidə 400-dən çox sakin pulsuz müayinə edilib İmişlidə 400-dən çox sakin pulsuz müayinə edilib](https://azvision.az/photos/15002685416_1500272352.jpg)
Layihə çərçivəsində İmişli rayonunun Yeni Bəhrəmtəpə qəsəbəsi, o cümlədən ətraf kəndlər üzrə 400-dən çox sakin qlaukoma, katarakta, çəpgözlük, gözün müxtəlif iltihabı xəstəlikləri, gözdibi patologiyası və digər müayinələrdən keçib.
Müayinə olunanlardan 7-si səyyar klinikada cərrahi əməliyyat edilib. Müalicəsi qısa müddətdə mümkün olmayan xəstələr isə müalicələrinin təşkili məqsədi ilə respublikanın tibb mərkəzlərinə dəvət olunub.
RİİB-in dəstəyi ilə tibbi müayinələr digər regionlarda da təşkil ediləcək.
AzVision.az
Teqlər: RİİB