Azərbaycanlı jurnalistlər xarici həmkarlarına Zəhranı anlatdılar
![Azərbaycanlı jurnalistlər xarici həmkarlarına Zəhranı anlatdılar Azərbaycanlı jurnalistlər xarici həmkarlarına Zəhranı anlatdılar](https://azvision.az/photos/yencagzahra_1500293322.jpg)
Məlumatlandırma aksiyası Yenicag.az Analitik İnternet Qəzeti, “Report” İnformasiya Agentliyi və Avropa.info saytının təşəbbüsü ilə baş tutub.
Xatırladaq ki, iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.
Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyat olunub.
Qeyd edək ki, 2016-cı il iyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişinə cəhddən 1 il ötür. Bu məqsədlə Türkiyə hökumətinin dəvəti ilə dünyanın 4 tərəfindən 350-ə yaxın jurnalist bu ölkədə səfərdədir.
Teqlər: #Zəhra