İcra hakimiyyəti işçilərinə atəş açan tutuldu
![İcra hakimiyyəti işçilərinə atəş açan tutuldu İcra hakimiyyəti işçilərinə atəş açan tutuldu](https://azvision.az/photos/bash-prokurorluq_1500300212.jpg)
Rayon Polis İdarəsi və prokurorluğun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri prosessual hərəkətlər aparılıb.
Cinayətin aləti olan “Makarov” tipli tapança Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən götürülüb.
E.Novruzov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
E. Novruzovun əməlinin Cinayət Məcəlləsinin 221.3 və 228.1-ci maddələrindən həmin Məcəllənin 29.120.1 (qəsdən adam öldürməyə cəhd), 315.1 (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə) və 228.1-ci maddələrinə tövsif edilərək cinayət işi istintaq aidiyyəti üzrə Abşeron rayon prokurorluğuna göndərilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
AzVision.az
Teqlər: Baş-Prokurorluq