Azərbaycanda narkomanların sayı açıqlandı
Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən 2017-ci ilin 6 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 224 nəfər təşkil edib ki, onlardan 219-u (97,7%) Azərbaycan vətəndaşı, 5-i (2,3%) isə əcnəbilərdir.
Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar olunmuş 1987-ci ildən 01 iyul 2017-ci il tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 6409 nəfər qeydiyyata götürülüb ki, onlardan 6198-ı (96,7%) Azərbaycan vətəndaşı, 211-i (3,3%) isə əcnəbidir, İİV-ə yoluxmuş insanların 4722-i (73,7%) kişi, 1687-i (26,3%) qadındır.
İİV-ə yoluxması təsdiq olunmuş 6409 nəfərdən 3001-də (46,8%) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib, onlardan 2210(73,6%) nəfər dispanser qeydiyyatındadır. 01.07.2017-ci il tarixinə ART-yə cəlb olunmuş İİV-li xəstələrin ümumi sayı 3756 nəfər təşkil edib ki, onların da 1711 nəfəri İNİ olub. Cari ilin 6 ay ərzində isə ART-yə cəlb olunan 218 pasiyentdən 57 nəfərində İNİ aşkar edilmişdir.
AzVision.az
Teqlər: narkoman