Ana həbsdəki oğluna mobil telefon keçirmək istədi
![Ana həbsdəki oğluna mobil telefon keçirmək istədi Ana həbsdəki oğluna mobil telefon keçirmək istədi](https://azvision.az/photos/4JJJJJ_1500378289.jpg)
Belə ki, Cinayət Məcəlləsinin 181.2.5 -ci maddəsinə əsasən 9 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Sərxanov Məmməd Akif oğlu ilə qısamüddətli görüşə gəlmiş anası Bakı şəhər Binəqədi rayon sakini Sərxanova Gülnar İbarhim qızı tərəfindən gətirilmiş sovqat və əşyalara baxış keçirilən zaman siqaret qutusunun içində xüsusi üsulla gizlədilmiş bir danışıq kartı və bir qara rəngli “Samsung” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi məqsədilə Ədliyyə Nazirliyi İstintaq idarəsinə göndərilib.
AzVision.az
Teqlər: həbsxana