Ağsuda ayı sakinlərə hücum edib
![Ağsuda ayı sakinlərə hücum edib Ağsuda ayı sakinlərə hücum edib](https://azvision.az/photos/ayi_0005_1500391181.jpg)
Kənd sakinləri Məlik Məmmədov və Behbud İsgəndərov özlərinə məxsus 4 baş iribuynuzlu heyvanı gecə saatlarında biçilmiş taxıl sahəsində otararkən qəflətən ayının hücumuna məruz qalıblar.
Kənd sakinləri qaça bilsə də, ayı otlaqdakı iki inəyi parçalayıb, ikisini isə ağır yaralayıb.
Hazırda yaralı heyvanlar baytar nəzarətindədir.
Dağlıq ərazidə yerləşən Dilman kəndin sakinləri mal-qaranın tez-tez ayı, canavar, çaqqalların hücumuna məruz qaldığını bildiriblər. (APA)
AzVision.az