Masallıda sürücü yol polisini vurub qaçdı
![Masallıda sürücü yol polisini vurub qaçdı Masallıda sürücü yol polisini vurub qaçdı](https://azvision.az/photos/1496336295-9682_1500403362.jpeg)
YPX baş serjantı Eynal Qoşqarov xidməti vəzifəsini yerinə yetirərkən onu avtomaşın vurub. Dərhal yaralı Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisəni törədən şəxs hadisə yerindən qaçıb. Hazırda Masallı polisi onun saxlanılması istiqamətində tədbirlər görür. (APA)
AzVision.az