Sanatoriya rəhbəri qəza törətdi - Ölən və yaralılar var
![Sanatoriya rəhbəri qəza törətdi - Ölən və yaralılar var Sanatoriya rəhbəri qəza törətdi - Ölən və yaralılar var](https://azvision.az/photos/sokolnikidtp01jpg_1500406234.jpeg)
Naftalan şəhərindəki sanatoriyalardan birinin rəhbəri “Hundai Santa Fe” markalı avtomobilin sükanı arxasında olarkən idarəetməni itirərək maşını yol kanarına aşırıb. Qəza zamanı xanım sürücü və onun iş yoldaşı olan 3 qadın yaralanıb. Sonradan onlardan biri xəstəxanada keçinib.
Ölən qadın sərnişin 1975-ci il təvəllüdlü Hacıyeva Sahibə Cuma qızı, yaralananlar - Əmirova Arifə Tahir qızı (1973), Qarayeva Gülnarə Ağəli qızı (1969) və Hüseynova Ceyhunə Nəriman qızıdır (1961).
Faktla bağlı araşdırma aparılır. (Report.az)
AzVision.az