Qubada 3 əsrdən çox yaşı olan məzarlıq - VİDEO

Qubada 3 əsrdən çox yaşı olan məzarlıq - VİDEO
  19 İyul 2017    Oxunub:2056
Qubanın Birinci Nügədi kəndində 17-ci əsrin sonu, 18-ci əsrin əvvəllərinə aid edilən qədim qəbiristanlığın araşdırılmasına ehtiyac var.
3-4 min məzarın olduğu tarixi yer 2 hektar ərazini əhatə edir.

Tarixi məzarlıq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yerli əhəmiyyətli abidə kimi qorunur. Lakin tariximizin izlərini özündə daşıyan bu məkanın hazırki vəziyyəti ürək açan deyil.

Birinci Nügədi kənd qəbiristanlığında geniş miqyaslı tədqiqat işləri aparılmayıb. Quba rayonu üzrə baş tarixi mühafizəçisi Minirə Musayeva bildirir ki, tarixi qəbiristanlıq həmçinin rayonda bərpaya və tədqiqata ehtiyacı olan digər tarixi abidələr haqqında Mədəniyyət və Turizm Nazirliyinə məlumat verilib.

Quba rayonu ərazisində Birinci Nügədi kənd qəbiristanlığı ilə yanaşı Ağbin, Xınalıq, Dəvədabanı yaşayış məntəqələrində də belə tarixi məzarlıqlar var. (ARB TV)



AzVision.az


Teqlər: Quba  





Xəbər lenti