Daha bir nəfər suda boğuldu

Daha bir nəfər suda boğuldu
  19 İyul 2017    Oxunub:2216
Mingəçevirdə 36 yaşlı şəxs su anbarında batıb.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində su anbarının ərazisində 1 nəfərin çimərkən batması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq 1981-ci il təvəllüdlü Bəhmənov Səxavət Şakir oğlunun cəsədini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 08:00-da başa çatıb.

AzVision.az


Teqlər: Mingəçevir  





Xəbər lenti